17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Ölkəmizi tanıyaq” aksiyası çərçivəsində Binəqədi məktəbliləri Naxçıvana gediblər
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, məktəb direktorları, valideynlər və məktəblilər, YAP Gənclər Birliyinin fəalları, 272 və 177 saylı körpələr evi-uşaq bağçasından olan uşaqlar iştirak ediblər.
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət ediblər.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov uşaqlara göstərilən dövlət qayğısı, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak edəcək. Şagirdlərə uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə edib.
Mərasimdə çıxış edənlər 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı Elen Cəfərzadənin valideyni Rəmziyyə Sadıxova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam edib. Mərasimdə 177 və 272 saylı körpələr-evi uşaq bağçalarının fidanları tərəfindən milli rəqslər nümayiş olunub.
Emtv.az/L.Xubyarzadə
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüblər.