SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Acarıstanlı uşaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar

9-10-2017, 15:34 | Oxunub: 12 360 |

Acarıstanlı uşaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar

Acarıstanlı aztəminatlı ailələrdən olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqlar sentyabrın 28-dən etibarən Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçiblər.

Emtv.az xəbər verir ki, uşaqlar və onların valideynlərindən ibarət qrup Naxçıvan şəhərinin bir sıra mədəniyyət, idman obyektlərini gəzib, görməli yerləri haqqında ətraflı məlumat alıblar. Gəzinti əsnasında qrupdan bir neçə nəfərlə görüşüb həmsöhbət olmaq imkanı əldə etdik.

Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, qrup rəhbəri, həkim Marika Xalvaşi öz adından və bura gələn uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Marika Xalvaşi deyib: “Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsi ilə mütəmadi maraqlanırlar. Uşaqlar və valideynləri müalicənin effektini görürlər. Burada müalicə üçün gözəl şərait yaradılıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqətlə yanaşılır. Bu gün Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində olduq. Uşaqlar bu gəzintidən tarixiniz, mədəniyyətiniz, incəsənətiniz və digər sahələr haqqında çoxlu məlumatlar əldə etdilər. Qeyd edim ki, təşkilatçılıq çox yüksək səviyyədədir”.

Valideynlərdən Xatuna Kvirikidze oğlu İraklinin 15 yaşında yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkməyə başladığını deyib. O qeyd edib ki, övladının müalicəsi üçün maddi imkanları yoxdur: “Bu, məni çox narahat edirdi, oğlumun xəstəliyinin irəliləməsindən qorxurdum. Ancaq sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən acarıstanlı uşaqlar üçün burada pulsuz müalicə imkanlarının yaradıldığını eşidəndə çox sevindim, oğlumun sağlam böyüyəcəyinə ümidlərim artdı”. Xatuna Kvirikidze müalicə müddətində oğlunun səhhətində yaxşılaşma hiss etdiyini, yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirdi.

Qrupun ən balaca üzvü Marian Soidze buraya anası ilə birgə gəldiyini bildirib. Deyib ki, neçə gündür nağıllardakı sehrli buz saraylara bənzəyən mağaraya gedir, bir neçə saat orada qalır. “İlk dəfədir ki, duzdan bir mağarada yatıram və mənə hərdən elə gəlir ki, indi hansısa bir pəri duz divarların arxasından çıxacaq və öz sehrli çubuğu ilə bütün uşaqları xəstəliklərdən azad edəcək. Mən burada ən çox valideynlərim üçün sevinirəm. Çünki mənim səhhətim yaxşılaşdıqda onlar da çox şad olurlar”, - deyə Marian Soidze qeyd edib.

Məktəbli Luka Ruşadze bu gün Naxçıvandan ayrılacaqları üçün çox təəssüfləndiyini bildirib. Təəssüratlarını bölüşən Luka deyib: “Biz qədim Naxçıvanla tanış olmaq imkanı əldə etdik. Ötən günlər ərzində şəhərin gəzməli-görməli yerlərində, muzeylərində, idman komplekslərində olduq. Naxçıvanda bizi ən çox heyrətləndirən yerlərdən biri isə Duzdağdakı mağaralar oldu. Məndən soruşsalar ki, Naxçıvan necə bir yer idi, qədim diyarın tarixi abidələrindən, gözəl təbiətindən danışacağam, deyəcəyəm ki, ora istiqanlı, mehriban, gülərüz insanların yaşadığı məkandır”. Luka Ruşadze bu yerlərlə bağlı xoş təəssüratlarını sinif yoldaşları ilə bölüşəcəyini qeyd edib.

Emtv.az
Acarıstanlı uşaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar
Acarıstanlı uşaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar
Acarıstanlı uşaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR