SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tez qocalmaq istəmirsinizsə, bu qidalardan uzaq olun

18-03-2019, 01:08 | Oxunub: 10 872 |

Tez qocalmaq istəmirsinizsə, bu qidalardan uzaq olun


Şəhər həyatının stresi, Günəş şüaları eləcə də qəbul etdiyimiz qidalar erkən yaşlanmağa səbəb olan faktorlar sayılır. Bu faktorların həyatımıza təsirini azaltmaqla problemin də qarşısını müəyyən qədər ala bilərik.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, çox yediyinizdə sizi olduğunuz yaşdan 10 il qoca göstərən qidaları təqdim edir. Cavan qalmaq istəyirsinizsə, bu qidalardan rasionunuzda az istifadə edin.

Qida mütəxəssisləri süd məhsullarından çox istifadə edən bəzi adamların erkən yaşlana biləcəklərini deyirlər. Çünki süd məhsulları eqzema, sədəf kimi dəri xəstəlikləri zamanı yaranan qızartını artırır.

Kolbasa, sosis kimi doymuş yağ nisbəti yüksək olan işlənmiş qidalar qanda xolesterolun yüksəldir. Nəticədə orqanizmin piylənməsinə və orqanların iltihablanmasına səbəb olur. Ona görə də bədənimizin erkən qocalmasına və yaşlı görünməsinə zəmin yaradır.

Duzdan çox istifadə bədən və dəri üçün olduqca zərərlidir. Belə ki, sodiumla zəngin qidalarla çox qidalanmaq bədəndə şişkinliyə səbəb olur. Bu narahatlıqlarla qarşılaşmamaq üçün qəbul etdiyiniz duz miqdarını azaldın.

Aparılan elmi araşdırmalar göstərib ki, şəkərli və qazlı içki çox içən şəxslərin xromosomlarının uc qismindəki hüceyrə yaşını təyin etməkdə effektiv olan telomer strukturları daha qısadır. Şəkərli içkilər şişmanlığa da səbəb olur. Kök olmaq isə sizi olduğunuzdan daha yaşlı göstərən amillərdən biridir.

Spirtli içki və siqaret kimi zərərli vərdişlər dərinin birinci düşmənləridir. Daim alkoqol və siqaret istifadə etmək dərinin kollagen strukuturunun pozulmasına səbəb olur və yaşlanma prosesini sürətləndirir.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR