17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ÜRƏK XƏSTƏLİYİ OLANLAR DİQQƏT
Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.
"EMTV.az" xəbər verir ki,Ürək-damar sistemi xəstəlikləri çox yayılmış xəstəliklərdir. Lakin həkimlərin fikirinə görə müəyyən sadə qaydalara əməl edən xəstə özünü bu xəstəliklərin ağır fəsadlarından qoruya bilər.
Bu qaydalar arasında:
- Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin. Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb. Əti həftədə 1-2 dəfə yeyə bilərsiniz.
- Qidalanmanızda duzun həcmini minimuma çatdırın. Duz damarların sağlamlığına mənfi təsir edir.
- Qidalanmanıza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s.
- Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın.
- Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qidalanmanızdan çıxardın. Bu məhsullar insan orqanizminə ciddi ziyan vurur.
- Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoqurt, kefir və s.).
- Artıq çəkiniz varsa, arıqlayın. Həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır.
- Həddindən artıq çox yeməyin. Bu bütün orqanizmin və o cümlədən ürəyin güclü yükləməsinə səbəb olur. Orqanizmi "aldadmaq" üçün yeməyi daha kiçik boşqablara çəkin.
- Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır.
- Spirtli içkilərdən imtina edin. Bu orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
- Çox yorulmayın, tez-tez istirahət edin, kifayət qədər yatın.
- Gündə 2 dəfə açıq havada gəzin. Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun (bu haqda həkimlə məsləhətləşin).
- Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qidalanmanızda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır.
- Streslərdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etməyin, bu insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, KİV-i (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidir.