SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir

1-06-2018, 15:11 | Oxunub: 12 262 |

Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir
Sağlam orqanizmə sahib olmaq üçün düzgün qidalanma çox mühüm məsələlərdən biridir.

Qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmaması və vitaminlərlə zəngin qidaların qəbul edilməsi çox vacibdir. Xüsusilə yayda gün ərzində ən azı 2-3 litr su içilməlidir. Səhər yuxudan oyanan kimi bir stəkan ilıq su içmək orqanizmə çox faydalı təsir göstərir. Yeməkdən 10-15 dəqiqə əvvəl də bir stəkan su xeyirlidir, lakin yemək zamanı maye qəbul etmək məsləhət görülmür. Belə ki, maye 10 dəqiqə sonra mədədən sovrulur və bu zaman özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da qidanın həzm olunmasını ləngidir.

İsti havalarda soyuq qidalara olan tələbat artır, belə qidalar mədədə həzmedici şirələrin fəaliyyətini dondurur, mədə ilə yanaşı dişlərə də böyük zərər vurur. Çox isti çay içmək və isti xörək yemək də mədəni zədələyir. Əsasən yay aylarında kofe, qara çay, isti şokolad, kakao, hisə verilmiş ət qəbulu məsləhət görülmür. Qurudulmuş və ya mövsümi meyvələrə üstünlük verilməsi daha yaxşıdır.

Yeməklərin qarışdırılması, bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmi çətinləşdirir və zəhərlənməyə zəmin yaradır. Yay yeməyini şirəli meyvələrlə başlamaq daha düzgündür. Rasiona 2-3 qoz və badam da əlavə etmək olar. Gün ərzində azı bir qab tərəvəz salatı yeyilməlidir. Yağlı qidalardan mümkün qədər az istifadə etmək lazımdır, yağlar həzmi yubadır, mədə-bağırsaq sistemində çürüməyə səbəb olur. Orqanizmə vaxtaşırı istirahət verilməsi də çox faydalıdır. Həftədə, yaxud iki həftədə bir gün tamamilə ac qalmaq xüsusilə bu sahədə yaxşı təsir göstərir. Çox yemək orqanizm üçün lazımsız yük rolu oynayır.


Ümumiyyətlə orqanizmdə hansısa problemlərin yaranmasının qarşısını almaq üçün yeməklərdə duzun miqdarı azaldılmalıdır, ürək-damar xəstəliyindən əziyyət çəkənlərin gündəlik rasionunda isə duzdan qətiyyən istifadə olunmamalıdır. Şirniyyat və şəkərdən istifadə edilməsi də mümkün qədər azaldılmalı, fast-fudlardan isə imtina edilməlidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR