18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Süd məhsulları sızanaqlara səbəb olur?
İnsanların təxminən 80%-i həyatlarının müəyyən bir dövrlərində sızanaq problemi yaşayır.
Sızanaqlar əsasən, dərinin məsamələri tutulduqda və ya üzdə olan yağ balansı pozulduqda meydana çıxır.
Bəs görəsən yediyimiz qidalar sızanağın əmələ gəlməsinə nə dərəcədə təsir edir?
Emtv.az yerli mətbuata istinadən bildirir ki, sızanaqların yaranmasında qidaların böyük rolu var. Alimlər sübut ediblər ki, süni qidalarla qidalanma sızanaqların yaranmasına səbəb ola bilər.
Məsələn hamburger hazırlayan restoranların mətbəxində işləyən işçilərdə "hamburger sızanağı" adlandırılan dəri probleminə tez-tez rast gəlmək olar. Bunun səbəbi bu işçilərin daha çox süni qidalarla təmasda olması və qidalanmasıdır.
Omega-3 yağ turşuları, A, C, E vitaminləri, rəngli meyvə-tərəvəzlərdə olan antiosidantlar və yaşıl çayın dəriyə müsbət təsiri var.
Bundan əlavə aparılan araşdırmaya görə, süd məhsullarından az istifadə olunması da sızanaqların müalicəsində əhəmiyyətli dərəcədə müsbət rol oynayır.
Şokolad istifadəsi də sızanaqların əmələ gəlməsinə yol açır. Tərkibində yüksək miqdarda şəkər və kakao olan şokolad dəriyə qıcıqlandırıcı təsir edərək sızanaqların yayılmasını təmin edir.
Nəzrin Abbaszadə
Emtv.az