17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bahar yorğunluğuna çarə olan - enerji qaynağı qidalar
Mövsüm dəyişikliyi zamanı xəstəliklər çoxalır. Xüsusilə yaz fəslində insanlar bahar yorğunluğu kimi problemlər yaşayır. Bahar yorğunluğunun xüsusiyyətlərininortaya çıxması şəxsi və iş həyatımıza mənfi təsir edir. Bahar yorğunluğu qış aylarında yavaşlayan metabolizmanın baharın gəlişinə uyğunlaşmamasından ortaya çıxır.
Emtv.az bahar yorğunluğuna çarə olacaq qidalanma məsləhətlərini təqdim edir.
Yumurta- günə enerjilişəkildə başlamaq üçün yumurta yemək məsləhətlidir. Protein tərkibi ilə zəngin olan yumurta tox tutaraq gün ərzində çox yemənin qarşısını alır. D və B vitamini ilə zəngin olan yumurtanı səhər yeməyinizə əlavə edin.
Sarımsaq- mövsüm dəyişikliyi zamanı bədəni güclü tutan sarımsaq hər növ infeksiya ilə mübarizə aparmada birincidir. Bədəni xəstəliklərdən qoruyan və enerji verən sarımsağı yeməyklərə və qatığa qataraq yemək olar.
Zəncəfil- İmmunitet sistemini gücləndirən zəncəfili çay və yeməklərə qataraq faydasından istifadə etmək olar. Xərçəngə qarşı təsirli olan zəncəfili çox miqdarda yemək zərərlidir.
Şokolad-enerji qaynağı olan şokolad şəkər və kofein tərkibi ilə zəngindir. Südlü şokolad əvəzinə qara şokolad yemək həm əhval-ruhiyyəni yüksəldir, həm də enerji verir. Gün ərzində iki dilim şokoladı qəhvəylə birlikdə yemək olar.
Badam- dəmir və kalsium cəhətdən zəngin olan badam tam bir enerji qaynağıdır.
Yaşıl çay- antioksidan xüsusiyyəti olan yaşıl çay bədəni xərçəngdən və infeksiyalardan qoruyur. Kafein cəhətdən zəngin olan yaşıl çayı gündə bir stəkan içməklə enerjili və dinamik hiss etmək mümükündür.
Emtv.az