SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputat və icra başçılarının də kredit borcları var? - AÇIQLAMA

2-03-2019, 11:59 | Oxunub: 9 664 |

Deputat və icra başçılarının də kredit borcları var? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda 10 min dollara qədər olan kreditlərin problemləri həll edildi.

Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər və kimlərin gecikmiş krediti var?

Emtv.az yerli mətbuata istinadən millət vəkillərinin və ictimai şəxslərin bu suala cavablarını təqdim edir:

Millət vəkili Fəzail İbrahimli: "Bir neçə dəfə kredit götürmüşəm, vaxtında da qaytarmışam. Dollar krediti olmayıb, manatla olub onu da vaxtında qaytarmışam".

Deputat, komitə sədri Aqiyə Naxçıvanlı: "Heç vaxt banka müraciət etməmişik, nə özüm nə dəki ailəm müraciət etməyib. Banka pul qoymuşuq, ancaq bankdan pul götürməmişik".

Deputat Cavid Osmanov: "Bəli manatla da olub, dollarla da olub götürmüşəm vaxtında da qaytarmışam.Mən biznesmen deyiləm. Ona görə də o qədər də böyük məbləğ olmayıb".

Keçmiş Təhsil naziri, hazırda AMEA-nın Fizika və Riyaziyyat İnstitunun direktoru Misir Mərdanov: "İndiyə qədər heç bir bankın qapısını da tanımıram. Heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Bəlkə ehtiyacım olub, ancaq götürməmişəm".

Deputat Fəzail Ağamalı: "Mən özüm heç vaxt kredit götürməmişəm, hazırda da yoxdur. Övladım götürüb, ikinci oğlum sahibkarlıqla məşğuldur, o, manatla kredit götürüb. Onun da qaytarmasında böyük problemlər olub. Hazırda da davam edir, ancaq indi oğlum işləyir, çalışıb ödəyir".

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev: "Mən heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Hazırda elə bu sərəncama uyğun olaraq görüşlər keçiririk, amma mənim özüm heç vaxt kredit götüməmişəm".

Baş nazirin keçmiş müavini, xalq yazçısı Elçin Əfəndiyev: "Biz heç vaxt banka müraciət etməmişik. Mənim övladlarım da edib, ya-yox bilmirəm. Buna baxmayaraq, bu sərəncamı çox alqışlayıram. Bu elə-belə məsələ deyildi, şükürlər olsun ki, həllini tapdı. Mən müraciət etməsəm də, mənim xalam oğlu, dayım oğlu müraciət edib. Onlar da vaxtında ödəyib"


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR