SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hansı deputatların krediti var? – “11-12 min dollar borcum qalıb”

5-04-2017, 14:04 | Oxunub: 7 923 |

Hansı deputatların krediti var? – “11-12 min dollar borcum qalıb”
Azərbaycanda banklara kredit borcu olanların sayı-hesabı dəqiq bilinmir. Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da

Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti vaxtaşrı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər.
Deputatlar dəfələrlə bu məsələni parlament tribunasından da səsləndiriblər.

Bəs Milli Məclisin üzvlərindən kimlərin kredit borcu var? Modern.az saytı bir neçə deputat ilə əlaqə saxlayıb.

Tahir Kərimli deyib ki, uzun illərdir ki, banka kredit borcu var: “Mənim hazırda 11-12 min dollar kredit borcum qalıb. Ümid edirəm ki, qalmış borcumu ödəyəcəm”.

Çingiz Qənizadənin hazırda kredit borcu yoxdur: “Əvvəllər kredit götürmüşəm və onu bağlamışam. Amma hər zaman kredit götürməkdən qorxmuşam. İndiki kredit borcu olanların da halına çox acıyıram. Xüsusilə də dollarla kredit götürmüş insanların. Belə demək mümkünsə, banklar öz əhalimizi kredit əməliyyatları altında soyurlar. Bu gün bir yazı ilə tanış oldum. Orada yazılmışdı ki, bir şəxs 3 min dollar kredit götürüb, sonra fazini 15-16 min manata yaxın ödəməyə məcbur olub. Bu çox acı bir xəbər idi. Şükür ki, mənim kredit borcum yoxdur. Olanlara da arzu edirəm ki, Allah o kreditləri bağlamaq üçün onlara ruzi yetirsin”.

Vahid Əhmədov kredit götürməyi düşünmədiyini qeyd edib: “Heç vaxt kredit götürməmişəm. Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan”.

Rüstəm Xəlilov da heç vaxt kredit götürmədiyini bildirib: “Mən ümumiyyətlə kredit götürməmişəm”.

Elman Məmmədovun da hazırda kredit borcu yoxdur: “Mən əvvəllər kredit götürmüşəm. Onu da maşın almaq üçün götürmüşdüm. Artıq həmin kredit borcumu ödəmişəm. Hazırda isə kredit borcum yoxdur”.

Məlahət İbrahimqızı deyir ki, o da heç vaxt kredit götürməyib: “Çünki kredit götürməyi xoşlamıram. Mənim həmişə gücüm nəyə çatırsa, onu edirəm. Gücüm çatmayan işin isə altına girmirəm. İnsan heç vaxt gücü çatmayan şeyi etməməlidir. Baxmayaraq ki, deputatların maaşı mövcud maaşlara nisbətən yüksəkdir. Amma bu gün kredit götürdüm, sonra başıma bir iş gəldi onu ödəyə bilmədim… Mənim düşüncəmə görə, heç kəs deyə bilməz ki, sabah nə olacaq. Bəzən insanlar fikirləşir ki, bunu edim və bir aydan sonra yüz min qazanacam. Amma çox az adamlar düşünür ki, bəlkə bir aydan sonra yüz min ziyana düşəcəm. Ona görə də mənim heç vaxt kredit götürməklə aram yoxdu. Nəyisə almağa pulum çatırsa, onu da alıram”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR