18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KREDİT BORCU OLANLARI HƏBS GÖZLƏYİR
«Krediti ödəməkdən imtina edənləri 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir»
"EMTV.az" xəbər verir ki, manatın devalvasiyası kredit borcu olan vətəndaşların durumunu xeyli ağırlaşdırıb. Ölkədə 2.5 milyon nəfərin kredit borcu var. Kredit borcu olanların ümumilikdə borcu 20 milyard manat təşkil edir. Borcluların 75 faizini dollarda borcu olanlardır. Dekabrın 21-dəki qərardan sonra bu şəxslərin borcu dolların məzənnəsinə görə 50 faiz artmış oldu.
Bundan başqa, manatla borcu olanların da vəziyyəti ürəkaçan deyil. Çünki maliyyə böhranı üzündən iş yerlərini itirən vətəndaşlarımızın da sayı artıb. Bütün bu sadaladıqlarımız onsuz da bankların əsas problemi olan problemli kreditlərin faizini artırmış olacaq. Ekspertlərin fikrincə, bu göstərici 20 faizə qədər yüksələ bilər. Bəs, kredit borcu olanların öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə hansı cəzalar gözləyir?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, vətəndaşlar və ya hüquqi şəxslər kreditlərini ödəməyəcəklərsə, bank onları məhkəməyə verəcək. Əgər kredit təminatlı, yəni girovlu deyilsə, məhkəmə o zaman həm qətnamə çıxaracaq, həm də kredit ödənilməsini müəyyənləşdirəcək: “Kredit girovludursa, o zaman girova qoyulan əmlakın hərrac vasitəsilə satılması və kredit ödənilməsi təmin ediləcək. Kredit girovsuzdursa, o zaman kredit həmin şəxsin gəlirlərindən tutulacaq. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldiləcək. Icra haqqında qanunun 8-ci maddəsinə görə, 10 günlük müddətə borcluya kreditin könüllü şəkildə ödənilməsi təklif olunacaq. Kredit könüllü şəkildə ödənilməzsə, o zaman məcburi icra prosedurları başlayacaq. Bu icra prosedurları isə iki aylıq müddətdə həyata keçirilməlidir. Bu müddətdə həmin şəxslər kreditləri ödəməkdən qəsdən boyun qaçırsalar, Inzibati Xəttalar Məcəlləsinin 313.1-1 maddəsiylə məhkəməyə protokol təqdim olunacaq. Onlar inzibai məsuliyyətə cəlb edildikdən sonra da həmin krediti ödəməkdən boyun qaçırsalar, onlar barəsində toplanmış materiallar cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndəriləcək. Bu idarədə həmin şəxslər barəsində 306.1-ci maddə ilə cinayət işi başlayacaq”.
M.Baxışov əlavə etdi ki, başlanan cinayət işi krediti ödəməkdən imtina edənlərin üç ilə qədər azadlıqdan məhrum edilməsiylə nəticələnə bilər. M.Baxışovun sözlərinə görə, bu işlə bağlı alternativ cəzalar maliyyə cəzası və sair də var, ancaq ən sərt cəza 3 ilə qədər azadlıqdan məhrumetmədir.