17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANDA DOLLARLA KREDİT BORCU OLANLARA GÜZƏŞT
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.
"EMTV.az" xəbər verir ki, Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanbanka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.
Ümid edirik ki, Naxçıvanda atılan bu addım və mühüm sosial qayğı digər banklar üçün də presedent yaradacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə maliyyə xidmətinin göstərilməsi məqsədi ilə yaradılmış 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ikinci regional bankıdır.
“Naxçıvanbank” ASC 29 aprel 2008-ci il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən fiziki və hüquqi şəxslərə universal bank xidmətləri göstərmək hüququna malikdir.
“Naxçıvanbank” ASC 10 Oktyabr 2008-ci il tarixində bağlanmış müqavilə ilə Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulan ilk regional bank olmuşdur.
“Naxçıvanbank” ASC eyni zamanda 29 avqust 2008-ci il tarixli şəhadətnamə ilə Əmanətlərin sığortalanması fonduna üzv qəbul edilmişdir. Bu səbəbdən müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur və Fondun qaydalarına uyğun olaraq sığortalanır.