18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BANK NEFTÇİLƏRİN KREDİT BORCLARINI BAĞIŞLADI
Bank of Baku itkin düşən və həlak olan neftçilərin kreditləri ilə bağlı qərar qəbul etdi.
"EMTV.az" xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıtdı.
Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, Bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.
Bank of Baku, neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir.