17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MƏDƏNİYYƏT XADİMLƏRİNDƏN FACİƏ İLƏ BAĞLI DƏSTƏK
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri “Günəşli” yatağındakı patformada baş vermiş yanğın nəticəsində itkin düşmüş şəxslərin doğmalarına və yaxınlarına dəstək çıxdılar.
Azərbaycanın xalq artisti, professor, opera ifaçısı Xuraman Qasımova: “Bu faciə təkcə “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində itkin düşənlərin doğmalarının və yaxınlarının deyil, həm də bütün Azərbaycanın faciəsidir”.
Azərbaycanın xalq artisti Alim Qasımov: “Bu, bütün Azərbaycan xalqı üçün böyük itkidir. Hər birimiz itkinin ağırısını bölüşür və itkin düşənlərin doğmaları və yaxınları ilə kədərlənirik”.
Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, tanınmış yazıçı Natiq Rəsulzadə: “Əlbəttə ki, böyük faciə baş verib, çünki Azərbaycan xalqının ən yaxşı oğulları itkin düşüblər. Bu, necə deyərlər, “torpağın duzudur”, onlar hər şeyin asılı olduğu insanlardır. Biz əsl insanları, zəhmətkeşləri itirdik”.
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ziya Şıxlinski: “Böyük faciə baş verdi. Faciə insanların ölməsidir, ən böyük faciə isə insanların doğmalarının taleyi barədə bilməməsi, onları dəfn etmək imkanlarının olmamasıdır. Ümid edirəm ki, kimisə sağ tapacaqlar...”.
Azərbaycanın xalq rəssamı Arif Hüseynov: “Bu faciəyə təkcə azərbaycanlılar deyil, həm də digər ölkələrin vətəndaşları biganə qala bilməzlər. İtkin düşənlərin ailələrinə və yaxınlarına hər cür kömək göstərmək lazımdır. Mən itkin düşənlərin siyahısına baxdım, orada çoxlu gənc insanların adları var idi. Bu, çox böyük kədərdir”.
Azərbaycanın xalq artisti, tanınmış kinorejissor Vasif Babayev: “Üzən neft buruqlarının işçiləri ilə çox tez-tez görüşmüşəm, onların çətin əməyini görmüşəm. Dənizdə neftçilərin həyatı çox təhlükəlidir. Dənizdə işləmək özlüyündə artıq qəhrəmanlıqdır. Gözləyirəm ki, kimsə sağ tapılsın. Onların ölməsinə inanmıram...”