17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XİLAS EDİLƏN NEFTÇİLƏRİN 4-Ü XƏSTƏXANADAN BURAXILMADI
"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunduqdan sonra ambulator müalicə üçün evə buraxılmış 15 neftçi bu gün təkrar müayinəyə gəlib.
"EMTV.az" xəbər verir ki, bunu Trend-ə xəstəxananın baş direktoru Leyla Seyidbəyli bildirib.
Baş direktorun sözlərinə görə, 15 nəfərdən 4-ü stasionar müalicə üçün xəstəxanada saxlanılıb. Xəstəxanada saxlanılan neftçilər Vidadi Sarıyev, Kamran Tanrıverdiyev, Ədalət Dadaşov və Əlizadə Paşayevdir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.