18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
MƏŞHURLAR KREDİT BORCLARINA GÖRƏ GİLEY-GÜZAR ETDİLƏR
Dolların məzənnəsinin qalxıb 1,55 AZN olması sənət adamlarının da işlərinə təsir edib.
Mətbuatın əməkdaşları tanınmışlar arasında sorğu apararaq, onların üzləşdiyi problemləri soruşub:
Rəqqasə Fatimə Fətəliyeva:
"Bir çoxları elə bilir ki, “Banu” rəqs məktəbi, xına evi mənimdir. Xeyr, bu məkanların direktoru var. Mən isə bunun yalnız simasıyam. Toylara getmirəm. Ancaq özəl tədbir olanda qatılıram. Dolların qalxması isə mənim işlərimə çox pis təsir edib. Elə bir sənət adamı yoxdur ki, kreditlə iş görməsin. Banka kreditim var, dollarla ödəyirəm. Əvvəl deyirdim, kreditsiz günüm olmasın. İndi deyirəm ki, kaş bircə gün kreditsiz yaşayardım”.
Əməkdar artist Tünzalə Əliyeva:
“Əvvəl işim olanda ödəyirdim. İndi işim yoxdur. Xına evimi isə bağladım. Çünki tanınmışlar o qədər xına evi açdılar ki, iş zəiflədi. Dolların qalxmasının mənə heç bir təsiri yoxdur. Çünki dollarla kreditim yoxdur. Hər işimi manatla edirəm”.
Aktrisa Ülviyyə Əliyeva:
“Borclarıma qarşı çox həssasam. Hətta işıq, qaz pulunu da artıqlaması ilə ödəyirəm. Heç bir banka kreditim yoxdur. Vergini isə heç vaxt gecikdirmirəm. Devalvasiya mənə də təsir etdi. Çünki kimə borc vermişəmsə, qaytarmır. Heç kimin pulu yoxdur”.
Aşıq Samirə Əliyeva:
“Bu böhran tək mənə yox, hamıya təsir edir. Bütün məhsulların qiyməti qalxır. Getdiyim toylardan vergi ödəyirəm. Heç bir borcum yoxdur. Devalvasiya isə toy qiymətimə təsir edəcək. İnsanlarda pul yoxdur. Biz də məcbur qiyməti aşağı salırıq. Şükür ki, banka kreditim qalmayıb. Dollar qalxmazdan 1 ay əvvəl maşınımın kreditini bağladım. Çox sağ olsun anam, məcbur etdi ki, bitir krediti”.
Müğənni Elvin Abdullayev:
“Vergiyə heç bir borcum yoxdur. Dolların qalxması isə aranjiman işlərimizə təsir etdi. Çünki qiymətləri qaldırdılar. Biz müğənnilərdə məcburən toy qiymətini qaldıracağıq. Kreditim var, amma şükür ki, manatladır. Dollar qalxdığı halda nə vergi? Məncə bu vergi məsələsini gündəmdən çıxarsalar, yaxşıdır”.