17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
VERGİ ÖDƏMƏYƏN MÜĞƏNNİLƏRƏ CƏZA TƏTBİQ EDİLDİ
“Mənə 1666 manat vergi borcu gəlib. Allaha and olsun, 2004-cü ildən VÖEN hesabım var və vergimi vaxtı-vaxtında ödəyirəm. Vergi ödəyicisi ola-ola məni niyə bu qədər cərimələyiblər bilmirəm”.
"EMTV.az" xəbər verir ki, müğənni Əlikram Bayramov açıqlamasında maraqlı məqamlara toxunub. Müğənninin dediklərini öz dilindən təqdim edirik: "Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür, bu problem indi aradan qaldırılıb".
Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: "İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur", - deyə müğənni iradını bildirib.