17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TANINMIŞ MÜĞƏNNİLƏRƏ HƏBS XƏBƏRDARLIĞI-ONLARIN ƏMLAKIDA ALINACAQ
"Xəbərdarlıqlara məhəl qoymayan və vergidən yayınmağa davam edən şou-biznes nümayəndələri ciddi şəkildə cəzalandırılacaq".
Mətbuatın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl bildirib.
Onun sözlərinə görə, vergi orqanları dəfələrlə şou-biznes nümayəndələrini vergi uçotuna durmağa və vergi öhdəliklərinə əməl etməyə dəvət edib. Lakin heç bir nəticə əldə olunmayıb. Nazirlik rəsmisi bildirib ki, artıq ciddi tədbirlərin görülməsinə başlanacaq:
"Bu xəbərdarlıqların və vergi orqanlarının "yumşaq” davranışının limiti bitib. Bundan sonra vergidən yayınanlara qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcək. Onların əmlakı siyahıya alınacaq. Mülkiyyətində olan avtonəqliyyat vasitəsi üzərinə həbs qoyularaq cərimə meydançasına aparılması və məhkəmə qərarı ilə hərracda satılaraq əldə olunan vəsaitin vergi borclarına ödənilməsi təmin ediləcək. Vergiyə borcu olanların ölkədən çıxarılmasına müvəqqəti məhdudiyyət qoyulması, borcum məbləği 2 min manatdan çox olduqda, onlar barəsində cinayət işinin açılması və digər qanunla nəzərdə tutulan tədbirlər görüləcək”.
Rəisin sözlərinə görə, bu məsələlərdə ictimai qınaq da çox vacibdir:
"Bundan sonra borclu şou-biznes nümayəndəsi, müğənni barədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar veriləcək. Onların adları açıqlanacaq. Onlar barədə cinayət işinin açılması və ölkədən çıxmalarına qadağa qoyulması barədə informasiyalar öz əksini tapacaq. Gələn həftədən vergi borcu olan şou-biznes nümayəndələrinin adları açıqlanacaq. Bundan sonra mərhələli şəkildə onlar barədə intensiv olaraq xəbərlər yayılacaq. Cinayət işi açılacaq, lazım gələrsə, həbs olunacaqlar".