SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Dollarla krediti olanların ən ağır günləri, 2017-də heç bir güzəşt nəzərdə tutulmayıb - TƏFSİLAT

29-11-2016, 15:32 | Oxunub: 12 461 |

Dollarla krediti olanların ən ağır günləri, 2017-də heç bir güzəşt nəzərdə tutulmayıb - TƏFSİLAT

2014-cü ilin dekabrında İnkişaf üçün Maliyyə bank olmayan kredit təşkilatından dollarla kredit götürdüm. Mən krediti manatla istəmişdim, amma onlar dollarla verdilər. 3 min dollar götürmüşdüm. 2015-ci ilin fevralında birinci devalvasiyadan sonra ödəniş edə bilməyəcəyimi görüb banka müraciət etdim ki, krediti manata çevirsinlər, etmədilər”.

Emtv.az bunu yerli mətbuata istinadən bildirir ki, açıqlamasında adıçəkilən BOKT-un müştərilərindən biri deyib. O daha sonra qeyd edir: “Sonrakı aylarda çətinliklə də olsa köhnə kursla ödəməyə davam etdim. Bilirsiniz ki, devalvasiyadan sonra əməkhaqları artmadı, amma ciddi qiymət artımları oldu. Ötən ilin sonuncu ayında yenidən devalvasiya oldu və dollar daha da bahalaşdı. Yanvarda mən ölkədə deyildim, qalıq borcumun təxminən yarısı qədər pulu göndərdim dostuma, getdi İnkişaf üçün Maliyyəyə, xahiş etdi ki, həmin vəsaiti ödəniş kimi qəbul edib yerdə qalanı da manata çevirsinlər. Onu da etmədilər. İndi mən işləmirəm, işimi də itirdim, hərdən xaricdən bəzi xırda-para mal gətirir satırdım, ondan da əlim üzülüb. BOKT isə zaminə zəng edib bildirib ki, məhkəməyə müraciət olunacaq və zaminin maaşından çıxılacaq kredit. Heç bir anlaşmaya getmək istəmirlər, elə deyirlər ödə”.

Bu durumda olan bank müştərilərinin sayı həddən artıq çoxdur və durmadan artır. Təsadüfi deyil ki, problemli kreditlərin həcmində kəskin artım var. Belə ki, ölkədə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.

Belə bir vaxtda dollar kreditlərinə güzəşt olub-olmayacağı yenidən gündəmdədir. Üstəlik, Tarif Şurasının son bahalaşma qərarından sonra bu sahədə durumun daha da ağırlaşacağı, dollarla kredit götürən insanların daha ağır duruma düşəcəyi sirr deyil.

2017-ci ilin büdcə layihəsi artıq açıqlanıb, orada dollar kreditlərilə bağlı güzəşt üçün heç bir bəndin nəzərdə tutulmadığı aydındır.

Lakin millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, nəzərə alınmalıdır ki, banklar onsuz da kreditləri yüksək faizlə veriblər: “Müəyyən orqanların rəhbərləri ilə də, bank rəhbərləri ilə də danışıqlarım olub. Onlar deyirlər ki, vəsaiti hökumət versin, həmin vəsaitlə kredit məsələsini həll edək. Vahid Əhmədovun sözlərinə görə, politika.az bildirir ki, bu məsələ həll edilməlidir. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır. Bu, əhali üçün çox əhəmiyyətli məsələdir. O istehlak kreditlərini götürənlər aşağı təbəqənin nümayəndələridirlər”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR