18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rumıniyanın "Cənub Qaz Dəhlizi" ilə bağlı planları
Rumıniya "Cənub Qaz Dəhlizi" konsorsiumuna RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektorunun və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRHA) boru kəmərinin Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Dəhlizlə birləşdirilməsi haqqında anlaşma memorandumunun imzalanmasını təklif etmək niyyətindədir.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində Rumıniya energetika nazirinin müavini Yulian-Robert Tudoraşe deyib.
O qeyd edib: "Ötən il, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında ilk dəfə iştirak etdiyimiz vaxt konsorsiuma gələcəkdə genişləndirmə mərhələsində RO-BG və BRHA kimi mümkün infrastrukturları nəzərə almağı təklif etmişdik. BRHA layihəsinin inkişaf etdiyini nəzərə alaraq, bu il qarşıdakı iclasda Məşvərət Şurasına Dəhlizin genişləndirilməsi mərhələlərində RO-BG və BRHA kimi nəqletmə infrastrukturlarından istifadə imkanlarını öyrənmək üçün anlaşma memorandumunun imzalanması vəziyyətini qiymətləndirməyi təklif etmək istərdik".
Nazi müavini bildirib ki, bu, regional enerji təhlükəsizliyinin yüksəldilməsi, enerji tədarükü mənbə və marşrutlarının şaxələndirilməsi baxımından regionun bir çox ölkələrinə müsbət təsir göstərəcək:
"BRHA və "Cənub Qaz Dəhlizi"nin birləşdirilməsi Dəhlizin infrastrukturunun təhlükəsiz və səmərəli nəqletmə infrastrukturu vasitəsilə Balkan və Mərkəzi Avropaya qədər genişləndirilməsi maraqlarına cavab verir".
Y.Tudoraşe vurğulayıb ki, Rumıniyanın öz enerji təhlükəsizliyinin artırılması üzrə daimi səyləri çərçivəsində ölkədə təbii qazın iri istehsalçısı və əsas tədarükçüsü olan ROMGAZ dövlət şirkəti "Cənub Qaz Dəhlizi" konsorsiumuna bu infrastrukturla nəql olunacaq qazın alışına marağın əks olunduğu niyyət məktubunu göndərməyi planlaşdırır:
"Rumıniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin artırılması üzrə birgə səylərdə fəal iştirakını, həmçinin Cənub Qaz Dəhlizinin inkişafında həlledici rolunu xüsusi qiymətləndirir".
Nəzrin Abbaszadə
Emtv.az