18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bəyannamə layihəsi: Azərbaycanın istifadə olunmamış qaz resursları "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsini təmin edə bilər
Azərbaycanın istifadə olunmamış əhəmiyyətli qaz resursları Avropaya "Cənub Qaz Dəhlizi" vasitəsilə əlavə qaz tədarükünü təmin edə bilər.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 5-ci iclasının yekunu üzrə imzalanması nəzərdə tutulan bəyannamənin layihəsində deyilir.
Sənəddə bildirilir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli tərəqqiyə nail olunacaq:"Biz 2020-ci ilə Avropaya təbii qazın çatdırılmasını təmin etmək məqsədilə layihənin vaxtında yekunlaşması üçün səy göstərməyə davam edəcəyik. "Cənub Qaz Dəhlizi"nin bütün digər seqmentləri başa çatmağa yaxındır və ilk qaz İtaliyaya 2020-ci ildə çatdırılmalıdır".
Bəyannamədə Gürcüstan, Türkiyə və Avropaya rəqabətqabiliyyətli və əlverişli enerji resurslarının təhlükəsiz və davamlı tədarükünün təmin edilməsi üzrə səylərin reallaşdırılmasında Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində aparıcı oyunçu kimi strateji rolu vurğulanır.
Sənəddə Azərbaycanın və beynəlxalq energetika şirkətlərinin o cümlədən Avropanın özündə, "Cənub Qaz Dəhlizi" layihəsinə investisiyaları yüksək qiymətləndirilir:"Biz Azərbaycanın və investisiya şirkətlərinin tədarükün davam etdirilməsi və "Cənub Qaz Dəhlizi"nin mümkün genişləndirilməsi üçün "Abşeron", "Ümid-Babək", "Qarabağ", "Əşrəfi", "Dan Ulduzu", "Şahdəniz-3" və digər yataqların işlənməsi kimi layihələrin inkişafına kömək etmək barədə qərarlarını alqışlayırıq".
Bəyannamə layihəsində, həmçinin potensial əlavə yeni qaz tədarükçülərinin gələcəkdə Avropaya və digər ölkələrə təbii qaz nəqlinin şaxələndirilməsi üçün "Cənub Qaz Dəhlizi"ndən istifadəyə maraq göstərməsi alqışlanır, Avropaya əlavə qaz tədarükü ilə bağlı müzakirələrə dəstək ifadə olunur.
Birgə bəyannamənin Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Rumıniya, San-Marino, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı nümayəndələri tərəfindən imzalanacağı nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.
"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.
Nəzrin Abbaszadə
Emtv.az