SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan şirkətinə 500 milyon dollar kredit ayırılacaq

4-08-2017, 14:18 | Oxunub: 10 328 |

Azərbaycan şirkətinə 500 milyon dollar kredit ayırılacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB), Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün, Azərbaycana məxsus “Cənub Qaz Dəhlizi” şirkətinə 500 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Emtv.az “Marja”-ya istinadən xəbər verir ki, 18 Oktyabrda keçiriləcək idarə heyətinin toplantısında kreditin təsdiq olunması gözlənilir.

Açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollarlıq və Asiya İnkişaf Bankının da 600 milyon dollarlıq kredit ayırmağı təsdiq etdiyi xatırladılıb.

Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada, layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Açıqlamada, Cənub Qaz Dəhlizinin böyük bir hissəsini təşkil edən TANAP-ın tikintisi müddətində 9 mindən artıq, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluq təmin ediləcəyi ifadə edilib.

“Cənub Qaz Dəhlizi” şirkəti layihədə 58 faiz paya malikdir. Böyük hissəsi Azərbaycan hökumətinə məxsus bu şirkətin TANAP üçün yatıracağı investisiyanın 5 milyard dollara çatacağı qeyd edildib.

“Cənub Qaz Dəhlizi” şirkətinin 51 faiz hissəsi Azərbaycan hökumətinə, 49%-i ARDNŞ-ə (SOCAR) məxsusdur.

İlk fazada 16 milyard kubmetr tutuma malik olacaq TANAP, bu qazın 6 milyard kubmetrini Türkiyəyə, 10 milyard kubmetrini isə Avropaya daşıyacaq.

Türkiyəyə qazın 2018-ci ilin ilk yarısından sonra verilməsi planlaşdırılır, Avropaya nəql isə Trans Adriatik Boru Kəmərinin (TAP) hazır olması vəziyyətinə görə 2019-2020 dövründə həyata keçiriləcək.

Ehtiyac olarsa TANAP-ın gücü 31 milyard kubmetrə qədər qaldırılacaq.

TANAP-da, “Cənub Qaz Dəhlizi” şirkətinin 58 faiz, “Boru Kəmərləri ilə Neft Daşıma AŞ”nin (BOTAŞ) 30 faiz və BP-nin də 12% payı var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR