SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr qaz ixrac olunacaq"- Ərdoğan

10-07-2017, 14:49 | Oxunub: 10 214 |

"Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr qaz ixrac olunacaq"- Ərdoğan
Türkiyənin geosiyasi mövqeyi əhəmiyyətli bir nöqtədədir. Tranzit ölkə olaraq əlimizdən gələni edirik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Ərdoğan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən danışıb.

“İndi sırada TANAP kəməri var. Xəzər və Yaxın Şərq regionundan ölkəmizə və Avropaya qaz çatdıracaq. Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz ixrac olunacaq. TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək”.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan digər ölkələrin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir:

““Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR