17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCAN-TÜRKİYƏ QAZ BORU KƏMƏRİ LAYİHƏSİ SÜRƏTLƏNİR
"EMTV.az" xəbər verir ki Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat yayıb.
“Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsi sürətlənir” adlı məqalədə bildirilir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu yaxınlarda Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Səfər çərçivəsində aparılan danışıqlar zamanı Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdıracaq TANAP layihəsinin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Türkiyənin Baş nazirinin sözlərinin sitat gətirildiyi məqalədə deyilir: “TANAP layihəsi Balkan və Qafqaz regionu ölkələrini bir araya gətirən, Xəzər dənizi ilə Adriatik dənizi arasında dəhliz rolunu oynayan böyük bir sülh layihəsidir. Bu layihə Türkiyə ilə Azərbaycanın qətiyyətli siyasi iradələri nəticəsində reallaşır”.
Əlavə olaraq agentlik bildirir ki, layihənin 2018-ci ildə başa çatdırılması üçün işlərin sürətləndirilməsi barədə razılıq əldə olunduğunu qeyd edən Baş nazir deyib: “Biz layihənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcəyik”.