18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib
ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb.
Emtv.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də ABŞ Federal Reyestrində nəşr olunan bildirişində deyilir.
Sənəddə bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.
Qeyd olunur ki, anti-İran sanksiyaları, həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.
Xatırladaq ki, İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İrana qarşı avqustun əvvəlində tətbiq etdiyi ilk sanksiya pateki də “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməmişdi. ABŞ-ın İran neftinə dair yeni sanksiyaları isə bazar ertəsi elan ediləcək. Səkkiz ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracının 1 milyon barrel azalacağı nəzərdə tutulur. ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Qeyd edək ki, Avropa İttifaqının prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə nəql edir. Gələcəkdə isə təbii qaz bu ölkədən Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.
“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərcləri hazırda 22,7 milyard ABŞ dolları təşkil edir və bu ilin iyul ayının sonunadək həmin layihəyə 18 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin dəyəri 4,5 milyard dollardır və bu layihəyə iyul ayının sonuna qədər 4,2 milyard dollar sərf olunub. Kapital xərcləri 8 milyard dollar olan layihəsinə iyulun sonunadək 5,6 milyard dollar xərclənib”, – deyə məlumatda qeyd olunur. Dəyəri 4,5 milyard avro qiymətləndirilən TAP layihəsinə isə iyul ayının sonuna qədər 3,1 milyard avro (təqribən 3,6 milyard dollar) sərf edilib.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 97 faizi, TAP-la bağlı isə 80 faizdən çoxu yerinə yetirilib.
Sevinc Əlimova
Emtv.az
Paylaş: