18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gürcüstanda separatizmə qarşı aksiya - Gürcülərdən azərbaycanlılara böyük DƏSTƏK
Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.
Bununla əlaqədar Gürcüstan azərbaycanlıları bu gün - fevralın 8-də Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyaya rəsmi şəkildə icazə də verilib.
Emtv.az xəbər verir ki, Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü, ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov aksiya barədə yerli mətbuata açıqlama verib.
"Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulmasına etiraz olaraq bu gün saat 2-də Gürcüstan parlamentinin qarşısında aksiya keçiriləcək",-deyə deputat bildirib.
Deputat qeyd edib ki, aksiyaya təkcə azərbaycanlılar qoşulmayacaq:"Aksiyaya qoşulanlar arasında təkcə azərbaycanlılar yox, gürcülər də olacaq. Çünki bu məsələ əsasən gürcülərin problemidir. Gürcüstanın 20% torpağı işğal olunub. Demək olar ki, separatizmdən əziyyət çəkən dövlətdir. Gürcüstan torpağında heç bir separatçıya yer olmamalıdır. O ki qaldı abidə qoyulsun".
Azərbaycanlı deputatın sözlərinə görə, aksiyaya qoşulanlar arasında o özü də olacaq:"Bir deputat kimi aksiyaya mən də qoşulacam. Əhalinin yanında olmaq mənim də borcumdur. Gürcü ziyalıları, elm adamları da bugünkü aksiyaya qoşulmaq niyyətindədirlər. Bugünkü aksiya dövlətə qarşı yox, separatizmə qarşıdır. Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq mövcuddur. Bu tarixən də belə olub. Heç zaman yol vermərik ki, hansısa separatçı buna nail olsun".
Azər Süleymanov Nərimanovun heykəlinin götürülməsi barədə ortaya atılan məsələyə də münasibət bildirib:"Nərimanovun abidəsinin götürülməsi məsələsi müzakirə mövzusu deyil. Ona görə ki, abidə yerindədir. Sadəcə, məsələ məqsədyönlü şəkildə ortaya atılıb. İnsanların diqqətini Avakyandan Nərimanovun heykəlinə yönəltmişdilər. Bu bir provokasiya xarakteri daşıyır. Müxalifətdə olsam da, onu deyə bilərəm ki, dövlət heykəli götürmək fikrində deyil".
Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub.
Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götqürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.
Nəzrin Abbaszadə
Emtv.az