SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstan parlamentində Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib

5-02-2019, 20:44 | Oxunub: 10 804 |

Gürcüstan parlamentində Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib

Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.

O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub?

“Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatlıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”, – deyə deputat söyləyib. A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.

Məsələyə münasibət bildirən prlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: “Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR