18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Qatı terrorçu, separatçı Mixail Avakiyan dinc insanları öldürən cani olub” — Türk millət vəkili
Türk Hərəkatı Partiyasının lideri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına sərt etirazını bildirib.
Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
“Demokratik və hüquqi dəyərləri özünə yol seçən dövlət terrorçuya və separatçıya abidə qoymaz. Qatı terrorçu,separatçı Mixail Avakiyana dinc insanları öldürən cani olub. Qarabağda döyüşləri ilə yanaşı, Abxaziyada Gürcüstana qarşı döyüşlərdə iştirakı ilə gürcü siyasi ekspertlərinin,elm adamlarının fikirləri ilə tanış oldum. Açıq deyim ki, bu addımı Gürcüstan kimi demokratik dövlətə yarışdırmadıq. Bu insanlığa zidd addım olmaqla bərabətr, həmçinin beynəlxalq hüququ, insan haqlarını ayaq altına alır.Azərbaycan həmişə Gürcüstanın yanında olub və onu ərazi bütövlüyünü dəstəkləyib. Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır. Onlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər.Həmçinin, regional iqtisadi iri layihələr Gürcüstanın ərazisindən keçir. Bunlar Azərbaycan dövlətinin ciddi dəstəyi ilə baş tutub. Bundan gürcü xalqı yararlanır. Gürcüstan hakimiyyəti bu kimi mənfi addımlardan uzaq durmalı və əlaqələrə kölgə salan fəaliyyətləri özündən uzaqlaşdırmalıdır".
Nəzrin Abbaszadə
Emtv.az