18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Güneydə etirazlar: polis aksiyaya müdaxilə etdi
Güneydə yaşayan həmvətənlərimiz Urmu gölü körpüsü üzərində gölün qurumasına etiraz olaraq insan zənciri aksiyasına başlayıb.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, yüzlərlə fəalın toplandığı dinc yığıncaq İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, etirazçılara məxsus bir neçə avtomobil təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunub, fəallardan bir neçəsi yaxalanaraq naməlum istiqamətə aparılıb.
Tutulan fəalların kimliyi barədə məlumat yoxdur, onlardan yalnız Məhəmməd Hüseynzadənin adı müəyyənləşdirilib.
Bütün təzyiqlərə baxmayaraq, aksiya baş tutub və toplaşanlar plakatlarını açıb öz etirazlarını bildiriblər. İştirakçılar Azərbaycan marşını oxuyaraq aksiyanı başa çatdırıblar.
EMTV.az