17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İRANDA AKSİYA-XƏSARƏT ALANLAR VAR
İranın Behbahan şəhərinin Şahruyi kəndində keçirilən etiraz aksiyasında polislə iştirakçılar arasında qarşıdurma baş verib, ölən və yaralananlar var.
"EMTV.az" xəbər verir ki, mətbuata verilən məlumata görə, aksiya iştirakçıları “Bid Bolənd 2” neft emalı zavodunda işə götürülməmələrinə etiraz ediblər. Polisin müdaxiləsi nəticəsində qarşıdurma yaranıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Behbahan şəhərinin başçısı Hüseyn Məlikxudayi deyib ki, etirazçılar “Bid Bolənd 2” neft emalı zavoduna gedən yolu bağlayıblar, yolu açmaq üçün gedən polis qüvvələrinə hücum ediblər: “Onlar odlu silahla təhlükəsizlik qüvvələrinin üzvlərinə atəş açıblar.Kənd sakinlərindən bir nəfər ölüb və iki nəfər yaralanıb”.
H. Məlikxudayi deyib ki, aksiyanın təşkilatçıları həbs olunublar.
“Bid Bolənd 2” neft emalı zavodunun tikintisinə bir neçə ay öncə başlanılıb. Bu zavod yaxın iki ildə istifadəyə verilməlidir. Sahruyi kəndi bu zavodun yaxınlığında yerləşir. İndiyə kimi bu zavodun tikintisində 340 nəfər işə götürülüb ki, onlardan 65 nəfəri Şahruyi kənd sakinidir.