18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 14-16 yaşlı yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirdə çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı öz güclərini sınayıblar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununda Nicat Ocaqquliyev, Bağır Bağırzadə, Samir Bağırzadə, Rəvan Novruzov, Uğur Məmmədov, Turqay Allahverdiyev, Kəramət Xudiyev, Heydər Nəcəfov, Ayxan İsmayılov, Ramazan Kərimov və Rəvan Bayramov öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Nəzrin Abbaszadə
Emtv.az