18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.
Emtv.az xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançılara Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verib, onları yarışın qaydaları barədə məlumatlandırıblar.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov (35 kiloqram), Rəvan Novruzov (38 kiloqram), Turqay Allahverdiyev (42 kiloqram), Hüseyn Əhmədli (46 kiloqram), Seymur Qasımov (50 kiloqram), Heydər Nəcəfov (54 kiloqram), Abbas Nəzərəliyev (58 kiloqram), Anar Həsənov (63 kiloqram), Rəvan Bayramov (69 kiloqram) və Qoca Əhmədov (76 kiloqram) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Emtv.az