18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Daşnak kampaniyası: Nikol niyə ittiham edilir?
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü bölgə və Ermənistanda geniş şəkildə müzakirə edilir.
Emtv.az xəbər verir ki,bu sözləri yerli mətbuata açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistan mətbuatı məsələnin məğzindən uzaqlaşaraq, Baş nazir Nikol Paşinyanı təslimçi sülh danışıqlarında iştirak etməkdə ittiham edir:“Əslində Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın hər hansı bir məsələ barəsində razılığa gəldikləri haqqında etibarlı mənbələrdə heç bir məlumat yoxdur. Paşinyan səfərdən sonra verdiyi bəyanatda “Mən qarabağlılar adından müzakirə apara bilmərəm, məni onlar baş nazir seçməyiblər” deməsi, görüşmədə əldə olunması ehtimal edilən razılaşmanın inandırıcılığını sıfıra endirir”.
Politoloq vurğulayıb ki, Ermənistanda Respublikaçılar Partiyası ilə bərabər, daşnaklar da bu məsələ ilə bağlı Paşinyana qarşı kampaniya başladıb:“Bu kampaniyanın nə qədər əsassız olduğu bilinsə də, Daşnaksütyun 9 dekabr 2018-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində parlamentdə təmsil olunmamağını və böyük ölçüdə itirdiyi imicini yenidən formalaşdırmağa çalışır. Görünən odur ki, Daşnaksütyun Dağlıq Qarabağ problemini əlində bayraq edərək, daxili siyasətdə yerini qoruyub saxlamağa çalışır. Bunun üçün də Dağlıq Qarabağ ermənilərinin dəstəyini almağı və onların da bu məsələyə tərəf olmasını istəyir”.
Qeyd edək ki, Daşnaksütyun 16-24 yanvar tarixlərində Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində iclas keçirib və iclasın sonunda Qarabağla bağlı absurd bəyanat səsləndirib.
Nəzrin Abbaszadə
Emtv.az