18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əliyevlə görüş: Qarabağ klanı Paşinyana qarşı hərəkətə keçdi
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüşdən sonra ikinciyə qarşı Qarabağ klanının üzvləri tərəfindən kampaniya başladılıb.
Emtv.az xəbər verir ki, başladılan kampaniya çərçivəsində Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına yaxınlığı ilə seçilən müxtəlif ekspert və siyasətçilər Paşinyanın Əliyevlə görüşünü şübhə altına qoymağa çalışıblar. Qarabağla bağlı sülh danışıqlarından istifadə edən bu şəxslər Paşinyanın nüfuzuna Əliyevlə Davosda olan görüşündən sonra zərbə vurmağa cəhd ediblər.
Belə ki, Feysbuk səhifəsində paylaşım edən erməni politoloq Ayk Martirosyan tərəflər arasında görüşün guya niyə baş tutduğunu anlamadığını deyib:“Bütün bunlarda Ermənistanın faydası nədir? Niyə bununla bağlı informasiya əvvəldən verilmir və ya müzakirələrin məzmunu açıqlanmır? Ter-Petrosyan, Köçəryan və Sərkisyan dövründəki gizliliyin səbəbi bəlli idi. İndi bu yoxdur. Niyə şəffaflıq şəraitində belə şəffaflıq yoxdur? Niyə görüşlər belə aktivdir? Erməni tərəfi nəyə çalışır?”
Serj Sərkisyanın sadiq kadrı və hazırda Respublikaçılar Partiyasının sədr müavini olan Armen Aşotyan isə Paşinyana qarşı yeni tələblər irəli sürüb. Aşotyan hökumətdən Əliyevlə görüş barədə daha ətraflı izahat istədiyini və bunun xalqın tələbi olduğunu deyib.
Maraqlı məqam odur ki, Sərkisyanın hakimiyyəti dönəmində Aşotyan parlamentin Xarici Siyasət Komitəsinə rəhbərlik edib və Qarabağla bağlı hökumətin həyata keçirdiyi siyasətin əsas icraçılarından biri olub. Hazırda Paşinyanı tənqid edən Aşotyan baş nazirdən aşkarlıq tələb etsə də özü Sərkisyan dönəmində niyə Qarabağ danışıqlarıyla bağlı aşkarlığın olmasına aydınlıq gətirməyib.
Qeyd edək ki, dünən Davos forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş 1,5 saat davam edib.
Nəzrin Abbaszadə
Emtv.az