SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nikol Paşinyan İlham Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı

29-09-2018, 11:33 | Oxunub: 8 447 |

Nikol Paşinyan İlham Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı

Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə erməni baş nazir “Facebook”dakı canlı yayımda bildirib.

“Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, – baş nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin onları futbol üzrə dünya çempionatı vaxtı tanış etməsinə baxmayaraq, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməmişdilər.

“Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın”, – Paşinyan birinci müddəanı səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır.

“Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş verməyib. Mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib”, – Paşinyan vurğulayıb.

İkinci müddəa olaraq, Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

“Razılığa gəldiyimiz üçüncü vacib qərar bizim aramızda operativ əlaqənin təşkili oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”, – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür.

Baş nazir bununla belə bildirib ki, dünən axşam və bu gün ünsiyyətdə olmalarına baxmayaraq, ətraflı danışıqlar aparılmayıb.

“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi… Açığını deyim ki, onunla razılığa gəlmdiyimiz üçün şadam”, -Paşinyan vurğulayıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR