18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ermənistanda qarşıdurma - Biz ”Paşinyana tabe olmuruq, o diktatura və tirançılıq yolu tutub”
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı diktatura və tirançılıq yolunu seçməkdə ittiham edib.
Emtv.az xəbər verir ki, vitse-spiker E. Şarmazanov Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı mövqeyini bildirib.
Şarmazanov parlamentin baş nazir Paşinyana qarşı olduğunu deyib.
“Parlament 2022-ci ilədək seçilib. Növbədənkənar seçkilərin keçirilməsi siyası qüvvələrdən, xarici və daxili çağırışlardan asılıdır. Ona görə də mən bununla bağlı hər hansı fikir söyləyə bilmərəm”- vitse-spiker vurğulayıb.
Parlamentin spikeri Ara Babloyanla baş nazir Nikol Paşinyan arasında baş tutan görüş barədə mövqeyini açqılayan E. Şarmazanov deyib ki, bu görüş bir daha parlamentin hakimiyyətin əlində oyuncaq olmadığını sübut edib: “Bu qanunverici orqan olaraq, hakimiyyətin ayrıca qoludur və nazirlər kabinetinin tərəfdaşıdır. Biz heç kimə deputatları barmaqla hədələməsinə imkan vermərik ki, şantaj yolu ilə ilə öz şəxsi məqsədlərini reallaşdırsın”.
Bununla belə o hakimiyyətin istənilən qolu ilə dialoq hazır olduqlarını bəyan edərək, bunun üçün hələ də imkanların itmədiyini bildirib. Hakimiyyətin fəaliyyətini kəskin tənqid edən vitse-spiker deyib ki, Nikol Paşinyan idarəetmədə diktatura və istibdab, tirançılıq yolunu seçib.
AYNURƏ kƏRİMOVA,
Emtv.az
Paylaş: