SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda növbəti siyasi böhran baş verir

28-08-2018, 20:41 | Oxunub: 12 864 |

Ermənistanda növbəti siyasi böhran baş verir

Ermənistan parlamentində təmsil olunan “Daşnaksutyun” və Respublikaçılar partiyalarının son bəyanatları bu ölkənin siyasi kataklizmlər mərhələsinə qədəm qoyduğunu göstərir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, “Daşnaksutyun” partiyası ölkədə siyasi gərginliyin artmasından narahat olduğunu bəyan edib. Partiyanın parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib ki, sabiq prezident Robert Koçaryana və ətrafına qarşı məhkəmə prosesləri ədalətli aparılmalıdır. Onun sözlərinə görə, əks halda, “qərəzli məhkəmələr normaya çevrilə bilər və bu da öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxaracaq”.

Rustamyan əlavə edib ki, öz ölkəsində düşmən axtarmaq lazım deyil və sabiq prezidentlərin siyasi səhnədə yerini qorumaq hüquqları var. Fraksiya rəhbəri sabiq dövlət başçısı Levon Ter-Petrosyanı onillik sükutunu pozmağa və fəal siyasətə qayıtmağa çağırıb.

Respublikaçılar Partiyasının parlamenti fraksiyası da baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, əvvəlki hökuməti “hakimiyyət hərisliyində” təqsirləndirən yeni baş nazir bütün vasitələrdən istifadə edərək öz postunu qorumağa can atır. Onun sözlərinə görə, Paşinyan məhz bu məqsədlə Konstitusiyaya dəyişikliklər etməyi tələb edir. “Konstitusiyada baş nazirin istefaya getməsi ilə eyni vaxtda parlamentin buraxılması maddəsinin təsbit edilməsi Əsas Qanunun məntiqinə və parlamentin icra hakimiyyəti üzərində nəzarəti prinsipinə ziddir. Mən və partiyamızın üzvləri bunun əleyhinəyik”, -deyə Şarmazanov vurğulayıb.

Ermənistan parlamentində təmsil olunan partiyalar növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında baş nazirin təklifinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə ictimai əhval-ruhiyyə istənilən an kəskin şəkildə dəyişə bilər. Şarmazanovun fikrincə, belə olarsa, hər altı ayda bir növbədənkənar seçkilər keçirmək lazım gələcək.

Xatırladaq ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı siyasi partiyalar arasında danışıqlar aparılır. Yeni hökumət bu addımı növbədənkənar seçkilər keçirmək məqsədilə atır.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR