18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiyadan Sarkisyana daha bir zərbə: Karapetyan istefa verdi
Ermənistanın sabiq baş naziri Karen Karapetyan Respublikaçılar partiyası sədrinin – Serj Sarkisyanın birinci müavini postunu tərk edərək istefa verib.
Emtv.az trend-ə istinadla bildirir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar partiyasının üzvü Eduard Şarmazanov xəbər verib.
Onun sözlərinə görə, Karapetyan partiyanın İcraiyyə orqanının iclasında istefa ərizəsini təqdim edib. “Karen Karapetyan kifayət qədər yetkin siyasi xadimdir. Hansı vəzifəni tutacağına özü qərar verir. Karapetyan yeni siyasi reallıqlardan çıxış edərək bu vəzifədən getdi. Həmçinin, Karapetyan hesab edir ki, hazırkı siyasi proseslərdə o qədər də aktiv deyil və bu səbəbdən də, partiyada belə yüksək postda qalmağının ədalətli olmadığını düşünür." - deyə Şarmazanov vurğulayıb.
Bununla belə, o, Karapetyanın Respublikaçılar partiyasının sıralarını da tərk edəcəyilə bağlı hələ ki, heç bir söhbətin getmədiyini açıqlayıb. Sabiq baş nazirin bundan sonrakı fəaliyyəti və yeni partiya yaradıb-yaratmayacağı barədə isə Şarmazanov məlumatsız olduğunu deyib. Onu da bildirib ki, Serj Sarkisyanın Karapetyanı əvəzləyəcək yeni müavini partiya Şurasının növbəti iclasında seçiləcək.
Qeyd edək ki, Karen Karapetyan baş nazir təyin edildikdən 2 ay sonra – 2016-cı ilin 24 noyabrında o zamankı hakim Respublikaçılar partiyasına üzv olmaq üçün müraciət etmişdi.
Emtv.az