18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ermənistan parlamentinin vitse-spikeri də Azərbaycanın diplomatik uğurlarını etiraf etdi
Avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, imzalanmış Konvensiyaya görə Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması ermənistanlı deputatı narahat edib.
Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “…Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.
Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə – Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.
Daha sonra isə virtualaz.org öz açıqlamasında xatırladır ki, dünən indi müxalifət statusunda olan keçmiş hakim Respublika partiyasının sədr müavini, deputat Armen Aşotyan da analoji açıqlama ilə çıxış etmişdi.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: