18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Parlament Paşinyana qarşı birləşir – Bozoyan
Ermənistan Baş naziri Nikol Paşinyanın növbədənkənar seçki qərarı parlamentdəki digər qüvvələrin birləşməsinə səbəb olacaq.
Emtv.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Yervand Bozoyan deyib.
“Nikol Paşinyanın hədəfi aydındır. Baş nazir çalışır ki, İrəvan Şəhər Şurasında toplanılan 81%-lik səsi kapitalizasiya etsin. O, parlamentə təzyiq yaradaraq, ən qısa vaxt ərzində seçki keçirmək istəyir. Respublikaçı Partiyası və digər qüvvələrə gəlincə isə onlar parlamenti növbədənkənar seçki keçirəcəyi təqdirdə tam tərk edəcəyindən qorxurlar. Məhz bu perspektiv digər parlament qüvvələrini birləşdirə bilər. Üstəlik, Paşinyan BMT-dəki çıxışı zamanı onun komandasında 9 yox, 4 nəfərin olduğunu göstərdi. Bununla Paşinyan Yelk Blokundakı digər partiyaların artıq onunla olmadığını bildirdi. Faktiki olaraq, Paşinyan bütün parlamenti ələ almaq istəyir. Paşinyanın keçmiş dostlarının Luys Bloku isə anlayır ki, əgər yaxın zamanlarda seçki baş tutsa, onlar parlamentə daxil olmayacaqlar. Beləliklə, indiki zamanda növbədənkənar seçki yalnız Paşinyana sərf edir” – deyə o bildirib.
O həmçinin bütün tərəflərin seçkinin may ayında olacağına dair razılaşacağını bildirib:
“Əgər seçki dekabrda baş tutsa, o zaman bir avtoritar sistem digərini əvəzləyəcək. Bu fikirlə Paşinyanı dəstəkləyən bütün qüvvələrin hamısı razılaşır”.
Seymur Rəhimov
Emtv.az