18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası – Video
Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Səfir etiraza toplaşan nümayişçilərlə görüşüb.
Qeyd edək ki, Ermənistanda Serj Sərkisyana qarşı aksiyalara Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdəki “Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edir. Ancaq Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngiməyib. Nikol Paşinyan hakimiyyətin ona təhvil verilməsini, milli etimad hökumətinin qurulmasını istəyib.Mayın 1-i parlamentdə keçirilən baş nazir seçkisində Nikol Paşinyan 45 səs toplayıb. Baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə 53 səs almaq gərəkdir. Yeganə namizəd olan Nikol Paşinyanın qarşısını Respublika Partiyası kəsib. Bu qurumun deputatları 1 may səsverməsində Nikol Paşinyana dəstəkdən boyun qaçırıb. Səsvermədə iştirak edən 55 respublikaçı və Daşnaksütun Partiyasının 1 üzvü Nikol Paşinyanın əleyhinə çıxıb.
Nikol Paşinyanın baş nazirliyinin əngəllənməsi böyük etiraz doğurub. Mayın 2-də Nikol Paşinyanın çağırışına qoşulan aksiyaçılar paytaxt Yerevanın mərkəzi küçələrini, eləcə də ölkənin avtomobil yollarını, dəmiryolu xətlərini bağlayıb. Paytaxtda aeroport, metro iflic edilib. Bir çox nazirliyə giriş qapadılıb, müxalifət iclası boykot etdiyindən parlament toplaşa bilməyib. Gərginliyə dözməyən mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Əmiryan istefa verib.
Axşama doğru hakim partiya geri çəkildiyindən Nikol Paşinyan ölkə üzrə bütün aksiyaları dayandırmağa çağırıb.
Emtv.az