18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Nikol Paşinyan: "Əgər mən baş nazir seçilsəm..."
"Biz Rusiyanı strateji müttəfiq sayırıq və bizim hərəkatımız buna təhlükə yaratmır. Əgər mən baş nazir seçilsəm, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq”.
TASS agentliyi xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxış edən "Yelk” (Çıxış) fraksiyasının baş nazir vəzifəsinə namizədi Nikol Paşinyan bildirib.
N. Paşinyan xalqın qələbəsinin oğurlanmasına yol verməmək üçün öz tərəfdarlarını yenidən küçələrə çağırıb. O, hakimiyyətdəki Respublikaçılar Partiyasına müraciətlə deyib: "Siz Ermənistandakı vəziyyəti anlamadınız və anlamırsınız. Xəbərdarlıq edirəm ki, xalq hərəkatının tolerantlığı siyasi sunami ilə nəticələnə bilər. Xalqa üzümü tutaraq deyirəm: evdə oturmayın, Respublika Meydanına axışın və şəhərlərin küçələrini doldurun. Küçələrə çıxın”.
Qeyd edək ki, 105 deputatdan ibarət Ermənistan parlamentində baş nazir seçilmək üçün 53 səs lazımdır. N. Paşinyan indiyədək 47 deputatın dəstəyini alıb və Respublikaçılar Partiyasından azı 6 deputatın dəstəyinə ehtiyacı var.
Emtv.az