18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Nikol Paşinyan: mayın 1-də Ermənistan küçələrinə yüz minlərlə insan çıxacaq
Biz ölkədə yaranan vəziyyəti Serj Sarkisyana izah etdiyimiz kimi (baş nazir postundan istefası), Karapetyana da izah edəcəyik. Yüz minlərlə insan yeni baş nazirin namizədliyi üzrə səsvermənin keçiriləcəyi gün - mayın 1-də küçələrə çıxacaq.
Emtv.az Interfax informasiya agentliyin istinadla xəbər verir ki, bunu müxalifətin etiraz aksiyalarına rəhbərlik edən parlamentin deputatı Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanın danışıqlardan imtina etməsi hakim Respublika partiyasındakı hərc-mərclikdən xəbər verir və, bu səbəbdən müxalifətin nümayişi davam edəcək.
“Onlar dünən və sırağagün heç bir şərt irəli sürmədən danışıqlara hazır olduqlarını bildirmişdilər. Lakin, gördüyünüz kimi, cənab Karapetyanın yerini mənim çantam tutub”, - deyə Paşinyan danışıqların keçirilməli olduğu mehmanxanada jurnalistlərə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Karapetyan müxalifət lideri Paşinyanla danışıqlardan imtina edib.
Emtv.az