18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gürcüstandan xain zərbə - Xocalı canisinə abidə qoyuldu
Azərbaycanlılara qarşı qəddarlığı ilə yadda qalan “Kobra” ləqəbli erməni cəlladının abidəsinin Cavaxetiyada açılış mərasimi olub; qanlı 20 Yanvarın ildönümündə reallaşan təxribata Gürcüstandakı Ermənistan səfiri də qatılıb - Bakı hərəkətə keçdi...
Gürcüstandan Azərbaycana qarşı növbəti qeyri-dost, daha dəqiqi, xain addım atılıb. 2019-cu il yanvarın 20-də, yəni Bakıdakı məşum yanvar hadisələrini ildönümündə (!) Gürcüstanın Buqaşen kəndində (Axalkalaki, Cavaxetiya bölgəsi) Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyanın büstünün açılışı olub.
Emtv.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, abidənin açılışına öncədən “ciddi hazırlıq işləri” görülüb. Belə ki, mərasimdə Axalkalakinin meri Yurik Unanyan, Gürcüstan parlamentinin erməni deputatları - Enzel Mkoyan və Samvel Manukyan, habelə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndlərin sakinləri qatılıblar. Mərasimdə Mixail Avaqyanın qızı, oğlu və nəvəsi də iştirak ediblər. Abidənin və uşaq meydançasının inşasının adıçəkilən kəndin mesenatı Qaqik Avakyanın maliyyəsi hesabına həyata keçirildiyi bildirilir.
Portal M.Avaqyanın bioqrafiyası haqda da məlumat verib. “O, Buqaşendə doğulub. 8 illik təhsildən sonra Razdanda (Ermənistan) texniki-peşə məktəbində təhsilini davam etdirib. Hərbi xidmətdən sonra Sverdlovskda Daxili İşlər Nazirliyinin Peşə Məktəbinə daxil olub. Abxaziyada daxli işlər orqanlarında işləyib. Daha sonra Ermənistana köçüb və orada evlənib. Qarabağda müharibə başlayandan sonra Horadizdə, Xocalıda, Hadrutda, Füzulidə hərbi əməliyyatlarda iştirak edib. ”Kobra" ləqəbi ilə tanınıb, çünki Azərbaycan dilini bilməsi ona kəşfiyyat işlərində kömək edib. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralanıb, xəstəxanaya aparılarkən yolda həyatını itirib", - deyə erməni portalı qeyd edib.
Heç şübhəsiz, məqsədli şəkildə 20 Yanvarın ildönümü gününə təyin edilmiş bu mərasim Azərbaycanla Gürcüstan arasında illərdir mövcud olan mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirəcək. Ən qəribəsi də odur ki, Gürcüstanın özü də on illərdir Azərbaycan kimi aqressiv separatçılıqdan əziyyət çəkir və hazırda Cavaxetiya Tiflisə qarşı növbəti potensial separatçı ocaq kimi tanınmaqdadır.
Emtv.az yeri gəlmişkən, xatırladır ki, Abxaziyada separatçı hərəkata oradakı yerli ermənilər böyük töhfə veriblər. Onların yaratdığı “Baqration” batalyonu isə yerli gürcü dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib. Bunu gürcülərin özləri də zaman-zaman etiraf və bəyan edirlər. İndi, görəsən, “Baqration” batalyonunun hansısa hərbi canisinə Ermənistanda və ya lap elə, Cavaxetiyada heykəl qoyulsaydı, buna rəsmi Tiflisin, gürcü xalqının reaksiyası necə olardı?
Görünür, separatçı bölgənin erməni sakinləri ötən ilin noyabrında Gürcüstanın yeni prezidenti, seçkilərin 2-ci turunda milyarder Bidzina İvanişvilinin pulu hesabına qələbə çalan ermənipərəst Salome Zurabişvilinin yüksək posta keçməsindən ruhlanıblar. Yada salaq ki, Zurabişvili seçki kampaniyası zamanı separatçı bölgədə keçirdiyi görüşlərdə ermənilərə rəğbət ifadə edən açıqlamalar vermişdi.
Bütün hallarda dar gündə həmişə gürcü xalqının yanında olan Azərbaycan xalqının haqqı var ki, rəsmi Tiflisdən bu rüsvayçı olayla bağlı sərt reaksiya və kontur-tədbirlər görməyi gözləsin.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu təxribatçı olaya politoloq Rasim Musabəyov özünün facebook səhifəsində sərt reaksiya bildirib: “Gürcüstan hökumətinin və hakim partiyasının bu məsələdə mövqeyi məyusluq doğurmaya bilməz. Axı Gürcüstanın özü də Abxaziya və Cənubi Osetiyada separatizmdən əziyyət çəkir. Axalkalakidə də erməni separatizmi halları az deyil. Gürcüstan hökuməti Dağlıq Qarabağda separatçılığı prinsipial və ardıcıl şəkildə pisləyib və Bakının Abxaziya və Cənubi Osetiya məsələsində adekvat dəstəyini alıb. Axalkalakidəki təxribatçı aksiyaya laqeydlik və səhlənkarlıq Azərbaycan-Gürcüstan münasibətlərinə heç də istilik gətirməyəcək. Bu, oradakı erməniləri Tiflis-Bakı strateji tərəfdaşlığına ziyan vurmaq umun başqa təxribatçı hərəkətlərə sövq edə bilər. Bir də gördün onlar ”Baqration" batalyonunun gürcülərə qarşı qəddarlıq eləmiş hansısa silahlısına abidə qoydular".
Politoloq sonda rəsmi Bakının məsələ ilə bağlı Gürcüstan hökumətinə müvafiq sorğu göndərməsinin zəruri olduğunu diqqətə çatdırıb: “Bakı bu açıq-aşkar erməni təxribatına münasibətdə Tiflisin hansı mövqedə olduğunu özü üçün aydınlaşdırmalıdır”.
Əlavə edək ki, “çörəyi dizinin üstündə olan”, dövlət büdcəsinin mühüm bir hissəsini Azərbaycanın hesabına dolduran (böyük sərmayələr, neft-qaz və dəmir yolu xətləri, turist axını və s.) gürcülər işğalçı Ermənistana atəşkəs dövründə bütün mümkün köməklikləri edib və etməkdədirlər, Ermənistanın ərzaqla bağlı böhrandan çıxması üçün öz ərazisindən istifadəyə şərait yaradıb və yaradırlar, hətta işğalçı ölkəyə Abxaziyadan yeni dəhliz açılması (köhnə dəmir yolunun bərpası) zaman-zaman İrəvan və Tiflis arasında müzakirə predmeti olub və məsələ hələ də açıq qalmaqdadır.
Yazı hazırlanarkən məlum oldu ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal hərəkətə keçib və XİN-in təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən Gürcüstan XİN-də görüş keçirilib. Bu barədə xarici mətbuatın sorğusuna cavab olaraq Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
“Eyni zamanda Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir” - məlumatda bildirilir.
Nəzrin Abbaszadə
Emtv.az