SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan DİN və Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir

31-10-2017, 13:44 | Oxunub: 6 987 |

Azərbaycan DİN və Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir

“Azadlıq” radiosunun azərbaycan xidmətinin saytında Gürcüstanın Qardabani bölgəsində azərbaycanlılarla svanlar arasında oktyabrın 26-da qarşıdurma baş verdiyi barədə ötən gün yerləşdirilmiş süjetlə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyantla çıxış edib. Nazirlik 2014-cü ilin mayında baş vermiş insidentə dair Gürcüstan İctimai Televiziyasının süjetini indiki baş vermiş hadisə kimi “Azadlıq” radiosu tərəfindən yayılmasını “təxribat” adlandırıb.

Bəyanatda deyilir: “Azərbaycan Daxili İşlər Nazirliyi həmin süjetlə bağlı dərhal Gürcüstan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Gürcü həmkarlarımız oktyabrın 26-da Qardabanidə svanlarla azərbaycanlılar arasında hər hansı insidentin baş vermədiyini bildiriblər.

Dəqiqləşdirilib ki, həmin insident 2014-cü ilin mayında baş verib. Lakin “Azadlıq” radiosunun 3 il əvvəl baş vermiş insident barədə süjeti yeni xəbər kimi indi təkrar yayması bu radionun xəbər siyasətinin təxribatçı mahiyyətini bir daha ortaya qoyur. Hesab edirik ki, bu təxribatın Bakı-Tbilisi-Qars dəmir yolunun açılması kimi tarixi əhəmiyyətli hadisə ilə eyni gündə edilməsi təsadüfi deyil və məqsəd gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq cəhdləri ilə bağlıdır. Bu cəhdlər heç bir nəticə verə bilməz və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi, Bakıda dünən baş tutan tarixi açılış mərasimi bir daha azərbaycan və gürcü xalqları arasında dostluq-qardaşlıq bağlarının nə dərəcədə güclü olduğunu sübut edir”.

Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, Gürcüstan İctimai Televiziyası da “Azadlıq” radiosunun redaksiyasına 3 il əvvəlki videosüjetin yeni xəbər kimi yerləşdirilməsi ilə bağlı etiraz məktubu göndərib. Bunu İctimai Televiziyanın direktorunun köməkçisi Ramil Əliyev bildirib.

“Təəsüf ki, Amerika radiosu hələ də bu feyk-xəbəri saytında yığışdırmayıb. Və bu həm Gürcüstanın siyasi dairələrində, həm ölkəmizin azərbaycanlı əhalisi arasında anlaşılmazlıq yaradır. Biz tələb edirik ki, dərhal həmin təxribatçı məlumat yığışdırılsın, Gürcüstan İctimai Televiziyasından, gürcü və azərbaycan xalqlarından üzr istənilsin”-Gürcüstan İTV-nin təcili bəyanatında bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR