18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Paşinyanın Tiflis səfərində şübhəli detal – Gürcü nazir niyə yalan danışdı?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstan səfəri ilə bağlı maraqlı detallar üzə çıxıb.
Səfərdən öncə açıqlama verən Gürcüstan Xarici İşlər naziri Mixail Canelidze Paşinyanın Tiflisdə daha çox ticarət və mədəni əlaqələri müzakirə edəcəyini bildirib. Lakin Canelidzenin bu sözləri Paşinyanın Tiflisə gətirdiyi nümayəndə heyəti ilə uyğun gəlməyib. Belə ki, Paşinyanın nümayəndə heyətində Baş nazir müavini Tiqran Avinyan, Müdafiə naziri David Tonoyan, Xarici İşlər naziri Zoqrab Mnatsakanyan, Elm-Təhsil naziri Araik Arutyunyan, Mədəniyyət naziri Lilit Makunts, Diaspor naziri Mxitar Ayrapetyan, Nəqliyyat naziri Aşot Akopyan yer alıb. Siyahıda yer alan Avinyan belə Canelidzenin dediyi kimi ticarət sahəsində danışıqların aparılması üçün gərəkli şəxs deyil. Belə ki, Avinyan baş nazirin administrasiyasında sosial və humanitar sferanın kurasiyası ilə məşğul olur.
Ən maraqlı məqam isə siyahıda müdafiə nazirinə yer verilməsi olub. Ermənistanla Gürcüstan arasında hərbi əlaqələrin həddən artıq zəif olmasını və hərbi-texniki əməkdaşlığın isə sıfırdan yuxarı qalxmamasını nəzərə alsaq, o zaman Tonoyanın Tiflisə aparılması ilə bağlı müəyyən suallar yaranır.
Tiflisin bəyan etdiyi ticarət əlaqələri anlayışına yeganə uyğun şəxs Aşot Akopyandır. Görünən odur ki, ticarət əlaqələri dedikdə Tiflis daha çox Rusiya ilə açılacaq ticarət dəhlizini nəzərdə tutur.
Paşinyanın səfəri zamanı həyata keçirəcəyi ən mühüm məsələlərdən biri isə onun Samsxe Cavaxetiya bölgəsinə səfəri olacaq. Paşinyan burada erməni diasporunun nümayəndələri ilə görüşəcək. Məhz bu amil niyə diaspor nazirinin Gürcüstana aparılması sualına aydınlıq gətirir.
Tiflis üçün kifayət qədər ağrılı olan bu ərazidə ermənilərin uzun illərdir aktiv olduğu hər kəsə bəllidir. Üstəlik, Gürcüstanın Rusiyanın təsirinin hələ də böyük olduğu bölgəyə onun havadarı olan Ermənistan rəhbərini buraxması və hətta ona geniş görüşlər keçirmək imkanı yaratması maraq yaradır. Rusiya ilə ticarət dəhlizlərini açmağa şərait yaradaraq erməniləri blokadadan çıxarmağa çalışan Tiflisin niyə Paşinyana sevərək qollarını açması hələ də şübhəli qalır. Ən azından bu dəhlizləri açmağın qarşılığını Rusiya hələlik Tiflisə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Suriyaya tanıtmaqla ödədir.
Emtv.az