17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya Qafqaza təzyiqlərini niyə artırıb? – Şərh
Gürcüstan regionda Rusiyanın maraqlarına zidd hərəkət etdikcə, ona qarşı təzyiqlər də artacaq.
Bu sözləri politoloq İlqar Vəlizadə Gürcüstan-Rusiya münasibətlərini EMTV.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın Tiflisə təzyiqləri daha çox regiondakı proseslərdən asılıdır:
“Tezliklə Gürcüstanda prezident seçkiləri baş tutacaq. Namizədlərin arasında Rusiyaya meyilli, onunla münasibətləri yaxşılaşdırmaq istəyən partiya liderləri var. Rusiya onlara dəstək üçün Tiflisə təzyiqlərə başlayır. Bu proseslərin nə qədər davam edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Əslində, burada proseslərin nə vaxtsa bitəcəyini düşünməyə də ehtiyac yoxdur. Çünki bu, uzunmüddətli prosesdir. Gürcüstan bu regionda Rusiyanın maraqlarına zidd hərəkət etdiyi müddət ərzində Kremldən ona qarşı təzyiqlər də durmadan artacaq”.
Politoloq vurğulayıb ki, Gürcüstan tədricən NATO-ya inteqrasiya etməyə cəhd edir:
“Əlbəttə, bu proseslər Rusiyanı nə tam, nə də qismən razı sala bilər. Məhz bu səbəbdən biz Rusiyanın Gürcüstana birbaşa hərbi-siyasi təzyiqlərini müşahidə edirik. Qərb çalışacaq ki, Rusiyanın təzyiqlərinin qarşısını alsın, çünki hazırda yeni problemlərin yaranmasında maraqlı deyil. Qərb Qafqazda Rusiya ilə daha yumşaq formada münasibət qurmağa çalışır”.
Qeyd edək ki, son günlər Rusiyanın Tiflisə siyasi təzyiqləri artıb. Belə ki, Moskva artıq açıq şəkildə Gürcüstanda rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasını müdafiə etməyə başlayıb. Partiya üzvləri bir neçə gün əvvəl Moskvaya səfər edərək, burada rəsmi şəxslərlə görüşüblər. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvil isə artıq Tiflisin Moskvanın nəzarətində olduğunu iddia edib.
EMTV.az