SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qafqaz oyanır: Yeni müharibələr başlaya bilər

14-07-2017, 05:26 | Oxunub: 8 778 |

Qafqaz oyanır: Yeni müharibələr başlaya bilər
Əgər Çeçenistan Rusiyadan ayrılsa, o zaman Şimali Qafqazda toqquşmalar müşahidə edəcəyik.

Bu sözləri EMTV.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Çeçenistan Rusiyanın tərkibindən çıxmaq üçün hərb variantına da əl ata bilər:

“Rusiya ilə 3 müharibə aparan Çeçenistan çox mürəkkəb respublikadır. Azadlığı sevən dövlət olaraq Çeçenistan illər boyu müstəqillik uğrunda mübarizə aparıb. Hazırda burada pərdəarxası münaqişələrin getdiyinin şahidi oluruq: mərkəzdənqaçma tendensiyaları kifayət qədər güclüdür. Çeçenistanın iradəsini, şərtlərini Rusiya nəzərə almalıdır. Əks halda bu münaqişələr yenidən alovlana bilər”.

Politoloqun sözlərinə görə, Çeçenistanın Rusiya tərkibindən ayrılmaq istəyi 90-cı illərdən bu yana mövcuddur:

“Ola bilər ki, Rusiyanın tərkibindən çıxmaq üçün burada müxtəlif üslublardan istifadə olunacaq, hətta biz yeni müharibəni də müşahidə edə bilərik. Əgər Çeçenistan müstəqil olsa, yaxınlığında olan inquşlar, çərkəzlər, kabardinlər və Şimali Qafqazda yaşayan digər xalqlardan da belə addımlar gözlənilir. Bu isə çox mürəkkəb və qanlı nəticələrə səbəb ola bilər. Ona görə də Rusiya əlindən gələni edəcək ki, tabe olan respublikalar baş qaldırmasın”.

Qeyd edək ki, son zamanlar Rusiyada müxalifətin Çeçenistan lideri Ramzan Kadırova qarşı tənqidləri artıb. Kadırovla yanaşı, digər Şimali Qafqaz xalqlarına qarşı da münasibət kəskinləşib. Hətta bəzi ekspertlər Rusiyanın öz azadlığını Çeçenistanda itirdiyini bildirirlər. Bu tənqidlərlə yanaşı. Şimali Qafqazın özündə müəyyən konfliktlər yenidən alovlanmaqdadır. Sovet dövründə müəyyən edilən sərhədlər artıq bəzi xalqlar arasında narazılığa səbəb olub. Belə ki, bir müddət əvvəl çeçenlərlə avarlar arasında ərazi uğrunda toqquşmalar yaşanmışdı.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR