SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tiflisdən İrəvana Taxıl Daşınmasına Qadağa Qoyuldu…

31-08-2018, 20:32 | Oxunub: 9 419 |

Tiflisdən İrəvana Taxıl Daşınmasına Qadağa Qoyuldu…

Sentyabrın 1-dən Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusən də taxıl və taxıl məhsullarının daşınmasına qoyulan məhdudiyyətlər qüvvəyə minir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yoları vasitəsi ilə həyata keçirilə bilər. Yalnız ciddi zərurət yarandığı halda avtomobillə məhdud miqdarda yük daşınmalarına yol verilə bilər.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məsələni şərh edərkən deyib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”.

Deputatın sözlərinə görə, son təhlillər göstərir ki, hər ay Rusiyadan gələn təxminən 3000 yüklü avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda, o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd keçid məntəqəsində çox ciddi gecikmələr, tıxaclar yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da öz növbəsində Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur.

M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir. Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır.

Deputat bildirib ki, Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz. “Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”,- deyə M.Dərziyev vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfi artıq Gürcüstan hökumətinin qərarından narahatçılığını bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək narahatçılığını ifadə edib. Bu qərarın Ermənistanda narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı erməni əhalisinin rifahına birbaşa təsir edəcək.

Şarmazanov bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirə etməyi təklif edib. Lakin Gürcüstan tərəfi Ermənistana cavab verməyib.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR