SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Protein qəbulunun düzgün qaydası - Ziyanı, miqdarı, faydaları

18-01-2019, 13:43 | Oxunub: 11 613 |

Protein qəbulunun düzgün qaydası - Ziyanı, miqdarı, faydaları

Ağırlıqqaldırma ilə məşğul olmağa yeni başlayanların əksəriyyətini maraqlandıran suallardan biri də proteinin qəbulu ilə bağlıdır.

Emtv.az xəbər verir ki,proteinlər "Whey", "İso" və "Casein" olmaqla üç növdə satılır. "Whey"lər, əsasən, əzələ kütləsi əldə etmək, "İso" isə əzələ kütləsini sabit saxlamaq üçün istifadə olunur.

"Casein" proteini digər növlərə nisbətən gec həll olunur. "İso" isə "Whey" proteininin saflaşdırılmış halıdır. Bu səbəbdən də, artıq çəki ilə bağlı problemi olan şəxslər, əsasən, vey proteinin izolyasiya edilmiş formasını (ISO) qəbul edirlər.

İdmanla məşğul olmayan insanın gündəlik normal protein tələbatı kilo başına 0.8 - 1.2 qram, ağırlıqqaldırma ilə məşğul olanlarda isə 1.8 - 2.2 qram düşür.

Toz halında satılan "Whey" proteinini gündəlik 30 qramdan artıq qəbul etmək tövsiyə olunmur. Onu məşqdən əvvəl, sonra və idman zamanı 200-250 ml su ilə qataraq içmək olar.

İnsan bədəni normalda 1 saata 8-9 qram proteini mənimsəyə bilir. "Whey" proteinləri isə 40 dəqiqə ərzində bədənə yayılır. Araşdırmalara görə, qalan 21 qram protein ya azot formasında sidiklə bədəndən çıxır, ya da piy formasında ehtiyat maddə kimi qarın nayihəsində toplanır. Bu səbəbdən proteini 10-10, 15-15 hissələrə bölərək qəbul etməklə həm orqanlara düşən gücü azaltmaq, həm də qəbul edilən proteinin tam formada mənimsənilməsini təmin etmək olar.

Qeyd edək ki, proteindən istifadə zamanı dozanı aşdıqda böyrək, qaraciyər və ürəyə ziyan verir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR