SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Uzun ömürlü olmaq üçün 6 TÖVSİYƏ

22-10-2016, 12:05 | Oxunub: 11 658 |

Uzun ömürlü olmaq üçün 6 TÖVSİYƏBizim sağlamlığımız yediklərimizdən çox asılıdır. Aparılan tədqiqatlar göstərir ki, yediklərimizin ömrümüzün uzun və ya qısa olmasına birbaşa təsiri vardır. Ona görə də hər bir həkim sağlam qidalanmağa xüsusi əhəmiyyət verir. Bu tövsiyələr zahirdə çox sadə görünür, ancaq əmələ gələndə çox az insan bu sağlam qida rejiminə riayət edir.
Elmi cəhətdən sübut edilmiş 6 nüansa işarə edəcəyik ki, əgər bunlara riayət olunarsa, sağlam həyata malik olar və ömrünüz uzanar.
1. Hər gün Omeqa-3 qəbul edin.
Omeqa-3 faydalı yağlardandır ki, fövqəladə təsirə malikdir. Hər bir insan gündə bu yağdan kifayət qədər qəbul edə bilər. Bu yağların təsiri altında qanda olan xolesterin aşağı düşər və bədən hüceyrələrinin fəaliyyəti nizama düşər. Bundan başqa Omeqa-3 bədəndə olan iltihablarla mübarizə aparar, xərçəng, ürək xəstəlikləri kimi xəstəliklərin riskini aşağı salar. Həkimlərin bəzisi bu yağı qocalıq əleyhinə olan yağ adlandırırlar.
Ən yaxşı qida balıq yeməkləridir ki, tərkibində bu faydalı yağları daşıyır. Bu maddə beyini qocalmaqdan qoruyur. Balıqdan başqa bu yağ qozda, soyada və ispanaqda vardır.
2. Anti-oksidantlardan qafil olmayın.
Maddələr mübadiləsi olmazsa, bədən ölər. Ancaq maddələr mübadiləsi bədənə lazımlı maddələrlə yanaşı, zərərli maddələr də verir. Ona görə də biz bu zərərli maddələri bədənimizdən çıxartmaq və onları zərərsizləşdirmək üçün anti-oksidantlardan istifadə etməliyik. Bu maddə adətən xoş rəngli meyvələrdə və tərəvəzlərdə çox olur. Meyvə və tərəvəzin rəngi hər nə qədər tünd olarsa, orada daha çox anti-oksidant olar. Ona görə də gün ərzində ən azı üç fərqli rəngdə olan meyvə və tərəvəz yeməyə çalışın.
3. Fibr (lifli qidalar) qəbul edin.
Fibr insan bədənində möcüzələr yaradar. Həmçinin xərçəng xəstəliyi qarşısındakı güclü silahdır. Qandakı şəkərin səviyyəsini sabit saxlayar. Ürəyin sağlam olması üçün də mühüm maddədir. Bunun üçün çalışın ki, gün ərzində lifləri çox olan meyvə və tərəvəz yeyəsiniz. Hər on qram fibr 17% qəlb xəstəlikləri riskini aşağı salar. Meyvə və tərəvəzdən başqa mərcidə, noxudda və arpada da fibrlər zəngindir.
4. Az kalorili yeməklər yeyin.
Tədqiqatlar göstərir ki, əgər uzun yaşamaq istəyirsinizsə, gərək kalorisi az olan yeməklərə üstünlük verəsiniz. Ona görə də yediyiniz yemək - sağlam yemək olmaldır, fast-fudlara əlvida deyin. Yeyən zaman da ifrat etməyin və o zaman ki, aclığınızın keçdiyini hiss edirsiniz, yeməkdən əl çəkin. Elə yemək yeməyin ki, sonradan mədəniz ağrısın və ağırlıq etsin. Yeməkdə ifrat etməməyin ən yaxşı yolu - yavaş yeməkdir. Tədqiqatlar göstərir ki, o dişlər ki, tez-tez çeynəyir, yavaş çeynəyən haldan daha çox yemək yeməyə səbəb olur. Ona görə də yeyən zaman tələsməyin və rahat olun.
5. Sağlam yağlardan istifadə edin.
Yağlar gündəlik aldığınız kalorinin 25%-ni təşkil edir və əgər sağlam olmazsa, qandakı xolesterini qaldırır. Sağlam yağlar püstədə, badamda, avakadoda, zeytun yağında olur.
6. Protein yeyin, ancaq az yağlı.
Protein insan sağlamlığında həyati rola malikdir. Protein alınmalıdır ki, bədən sağlam olsun. Protein hüceyrələrin fəaliyyəti üçün lazım olan zəruri maddələrdəndir. Mütəxəssislərin nəzərinə görə, hər bir insan gün ərzində 30 kalori protein yeməlidir, ancaq az yağlı olanından. Əgər gün ərzində almalı olduğunuz kalori 1600 olarsa, protein təxminən 120 qram olmalıdır. Protein qırmızı olmayan ətdə, yağsız süddə, yumurtanın ağında və lobyada olur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR